aşiqlər (sevgililər)

a loving couple / sweet-hearts (a pair of lovers) * влюблённые голубки
aşiqanə münasibət
aşkar görünmək (açıq-aydın görünmək)
OBASTAN VİKİ
Aşiqlər
Aşiq — eşqə düşmüş, aşiq olmuş şəxs. Aşiqlər — bu mənaları ifadə edə bilər: Aşiqlər parkı — Ermənistanın paytaxtı İrəvanda yerləşən park. Aşiqlər (film, 2000) — Hindistan rejissoru Aditya Çopranın 2000-ci ildə ekranlaşdırdığı Hindistan filmi. Aşiqlər (film, 2008) — Azərbaycan rejissoru Rafiq Dadaşovun 2008-ci ildə ekranlaşdırdığı Azərbaycan filmi.
Sevgililər günü
Müqəddəs Valentin Günü, Sevgililər günü kimi də tanınan, başlanğıc tarixi qədim Roma İmperiyası dövrünə təsadüf edən, Katolik xristianların inancına görə bayram edilən tarixi gün. Qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik edilərdi. 15 fevral günündə isə Luperkalia Bayramı başlayırdı. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qaydalar ilə məhdudlaşdırılmış, bunun təbii nəticəsi olaraq birlikdə həyata şansı olmayan bu gənclər yalnız bu bayram müddətində belə olsa bir-birlərinin partneri olurdular. Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi köhnə bir ənənə olan və Luperkalia Bayramının ərəfə günü edilən bir püşk ilə müəyyən olurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılıbsa o qızla bayram əyləncələri boyunca birlikdə cinsi həyat yaşayırdılar. III əsrdə Roma imperiyasına başçılıq edən İmperator II Kladius tarix qaynaqlarında bu hallara son qoymaq istəyən əxlaqi dəyərlərə önəm verən bir imperator kimi xarakterizə olunub.
Aşiqlər (film)
Aşiq — eşqə düşmüş, aşiq olmuş şəxs. Aşiqlər — bu mənaları ifadə edə bilər: Aşiqlər parkı — Ermənistanın paytaxtı İrəvanda yerləşən park. Aşiqlər (film, 2000) — Hindistan rejissoru Aditya Çopranın 2000-ci ildə ekranlaşdırdığı Hindistan filmi. Aşiqlər (film, 2008) — Azərbaycan rejissoru Rafiq Dadaşovun 2008-ci ildə ekranlaşdırdığı Azərbaycan filmi.
Aşiqlər (dəqiqləşdirmə)
Aşiq — eşqə düşmüş, aşiq olmuş şəxs. Aşiqlər — bu mənaları ifadə edə bilər: Aşiqlər parkı — Ermənistanın paytaxtı İrəvanda yerləşən park. Aşiqlər (film, 2000) — Hindistan rejissoru Aditya Çopranın 2000-ci ildə ekranlaşdırdığı Hindistan filmi. Aşiqlər (film, 2008) — Azərbaycan rejissoru Rafiq Dadaşovun 2008-ci ildə ekranlaşdırdığı Azərbaycan filmi.
Aşiqlər parkı
Aşiqlər parkı (erm. Սիրահարների Այգի (Siraharneri Aygi)) — Ermənistanın İrəvan şəhərindəki Baqramyan Prospektində olan bir ictimai parkdır. Şəhərin mərkəzi olan Kentron Rayonunda 2,5 hektarlıq bir sahəni tutur. Park, 2005-2008 illəri arasında yeniləndi və 2008-ci ilin Noyabr ayında Boqosyan Fondunun başçısı Albert Boqosyanın səyləri ilə yenidən açıldı. Park, adını köhnə İrəvanın şimal-qərb ətrafında yerləşən Kozern rayonundan alan Kozern Parkı olaraq bilinirdi. Park XVIII əsrdə tikilmişdir. Orta əsrə aid qəbiristanlığı və ibadətgahı ilə məşhur idi. İkinci Dünya Müharibəsindən sonra 1949-ci ildə yenidən yenidən dizayn olunan park, məşhur rus şairi Aleksandr Puşkinin doğumunun 150-ci ildönümünü qeyd etməsi üçün Ermənistan Sovet Sosialist Respublikası Nazirlər Şurasının qərarı ilə Puşkin Parkı olaraq yenidən adlandırılmışdır. 1970-ci illərin sonlarında park, Sovet İttifaqının bütün üzv ölkələrinin dostluğuna bir haqq olaraq Barekamutyun (azərb. Dostluq‎) olaraq seçilmişdir.
Aşiqlər (film, 2000)
Aşiqlər (Mohabbatein-tərcümə: Sevgi hekayələri — Azərbaycanda Aşiqlər olaraq tanınır) — 2000-ci ildə Hindistanda istehsal olunan romantika janrında olan musiqili filmin rejissoru Aditya Çopradır. Bu film Cəsur ürək gəlini alar filmindən sonra Çopranın rejissorluq etdiyi ikinci layihədir. Filmin çəkilişləri Hindistan və İngiltərədə baş tutub. Altı gənc debütantın iştirak etdiyi filmin əsas rollarında Amitabh Baççan və Şahrux Xan yer almışdır. Ayşvariya Ray filmdə Xanın sevgilisi olaraq rol aldı. Musiqilərin müəllifi Çətin-Lalittə məxsusdur, sözləri isə Anand Baxşi tərəfindən qələmə alınıb. Aşiqlər filmi Baççan və Xanın birlikdə rol aldığı ilk film olduğundan bu filmə çox önəm verilirdi. Film tənqidi və kommersiya tərəfdən kifayət qədər uğur qazandı. Film həmçinin ilin ən çox gəlir əldə edən ikinci filmi oldu və superhit elan olundu. Bir neçə mükafat daxil olmaqla Filmfare Ən Yaxşı Aktyor üzrə Tənqidçilər Mükafatı və Filmfare Ən Yaxşı Köməkçi Aktyor mükafatları müvafiq olaraq Şahrux Xan və Amitabh Baççana verildi.
Aşiqlər (film, 2008)
Aşiqlər qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Rafiq Dadaşov tərəfindən 2008-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Bədii-sənədli estetika əsasında çəkilən film Qarabağın və Azərbaycanın bu guşəsi ilə bağlı olan Cavanşirlər nəslinin 3 övladının — XVIII əsrdə yaşamış Məhəmməd bəy Aşiq, XIX əsrdə yaşamış Əbdüssəməd bəy Aşiq və XX əsrdə yaşamış Xosrov bəy Cavanşirin taleyi haqqındadır. Bədii səhnələrdə əsas rolları Vaqif Şərifov, Elşən Rüstəmov, Şövqi Hüseynov və Vüqar Məmmədəliyev ifa edirlər == Məzmun == Bədii-sənədli estetika əsasında çəkilən film Qarabağın və Azərbaycanın bu guşəsi ilə bağlı olan Cavanşirlər nəslinin 3 övladının — XVIII əsrdə yaşamış Məhəmməd bəy Aşiq, XIX əsrdə yaşamış Əbdüssəməd bəy Aşiq və XX əsrdə yaşamış Xosrov bəy Cavanşirin taleyi haqqındadır. Öz dövrlərinin nüfuzlu şair və ictimai xadimi olan bu 3 şəxsiyyət rus və sovet imperiyaları vaxtında təqib və repressiyaya məruz qalmışdır. == Film haqqında == Filmin ssenarisi Azad Qaradərəlinin "Aşiqlər" kitabının motivləri əsasında yazılmışdır.
Aşiqlər parkı (İrəvan)
Məşhur aşiqlər siyahısı